Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Arstax Respublikasının müstəqilliyinin 31-ci ildönümü münasibətilə təbrik məktubu yaydı.
Prezident qeyd etdi ki, 1991-ci il sentyabrın 2-si erməni xalqının tarixinə həlledici gün kimi daxil olub. Sentyabrın 2-də Artsax Respublikasının Müstəqillik Bəyannaməsi qəbul olunub.
“Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun demokratik dövlət qurmaq yolumuz çoxlu sınaqlarla və çətinliklərlə dolu idi. 2020-ci ilin 44 günlük müharibəsi erməni xalqı üçün yeni bir fəlakət oldu.
Bu gün Artsaxın Ana Vətəni ilə əlaqəsi “Laçin dəhlizinin” yeni marşrutu ilə təmin edilir, bunun təhlükəsizliyini Rusiya Federasiyasının sülhməramlı qüvvələri Respublikamızın müvafiq strukturları ilə birlikdə təmin edirlər.
Biz Ana Ermənistanda yaşayan soydaşlarımıza və Diasporaya, Artsaxda üzərinə götürdüyü böyük missiyaya görə Rusiya Federasiyasına və bütün bu illər ərzində ədalətə, insanlığa və demokratiyanın ümumbəşəri dəyərlərinə sadiq qalaraq bizim yanımızda olan bütün dövlətlərə, siyasətçilərə və ictimai xadimlərə dərin minnətdarlığımızı bildiririk.
31 ildən sonra da Artsax xalqı qətiyyətlə bəyan edir ki, bütün sınaqlarına baxmayaraq, öz qərarına sadiqdirlər. Artsax həmişə ayaqda qalmalı, erməni olmalı və müstəqillik yolunda öz yolunu davam etdirməlidir”.