Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd etdi ki, Qərb ölkələri Rusiyanı zəiflətmək və müstəqil qüvvə kimi beynəlxalq arenaya çıxmasının qarşısını almaq məqsədinə nail olmayacaq.
"İndi baş verənlər Ukrayna xalqının maraqları ilə bağlı deyil. Dövlətimizin tarixində daha ciddi mərhələlər olub. Bizim rolumuz, beynəlxalq arenada yerimiz digər "tərəfdaşlarımızda" ironik adlandırdığımız kimi Rusiyanı zəiflətmək istəyini oyadıb. Əminəm ki, bu, heç bir nəticə verməyəcək, çünki keçmişdə heç kim bunu edə bilməyib”, - deyə Sergey Lavrov vurğulayıb.