Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Hökumət iclasında çıxışı zamanı dünən Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilən görüşə toxunaraq qeyd etdi ki, müzakirələr asan olmayıb.
“Lakin qeyd etmək istəyirəm ki, məqsədlərimiz ictimai çıxışlarımda qeyd etdiyim kimi dəyişməz olaraq qalır və qalmalıdır. Biz ardıcıl olaraq işləməyə davam etməliyik.