Ermənistan-Fransa parlamentlərarası əlaqələri və əməkdaşlığı yüksək səviyyədədir.
Bunu Ermənistan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Vardanyan avqustun 31-də Fransanın Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili Kristof Katsahyanla görüşündə bildirib.
Vardanyan Ermənistanın Fransa parlamenti ilə ənənəvi dostluq əlaqələrini qeyd edərək, dostluq qrupunun fəaliyyətinə əhəmiyyət verdiyini vurğuladı.
Vladimir Vardanyan ümid edib ki, gələcəkdə Fransa parlamentində Fransa-Ermənistan dostluq qrupunun yaranması Ermənistan-Fransa parlamentlərarası əməkdaşlığına yeni təkan verəcək.