Danimarkanın xarici işlər naziri Yeppe Kofod Ukraynaya səfərə gedib. Bu barədə Y.Kofod “Twitter”də yazıb.
“Danimarkanın Ukrayna xalqına sarsılmaz dəstəyini göstərmək üçün Kiyevə qayıtdığım üçün şadam. İndiyədək biz Ukraynaya hərbi dəstək məqsədilə 400 milyon avrodan çox maliyyə vəsaiti ayırmışıq. Bu vəsait bundan da çox olacaq”, - deyə o vurğulayıb.