Avqustun 31-də Belçika Krallığının paytaxtı Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşü keçirilib.
Görüşdə əsirlərin azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi, regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və Dağlıq Qarabağ məsələsi ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd olunub ki, liderlər formatında növbəti görüş noyabrda baş tutacaq.