Avropa Birliyinin Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində səyləri artırmağa hazır olduğunu bildirib.
“Ermənistan və Azərbaycan liderləri ilə dördüncü görüş konstruktiv şəraitdə keçdi. Biz bütün məsələlərə toxunduq və sülh sazişi üzərində işi aktivləşdirməyə razılaşdıq. Avropa Birliyi bu istiqamətdə səylərini daha da artırmağa hazırdır”,- Mişel Twitter mikrobloqunda yazdı.