“Rusiya, Azərbaycan və Ermənistan baş naziri müavinlərinin iştirak etdiyi Üçtərəfli İşçi Qrup Cənubi Qafqazda iqtisadi, ticarət əlaqələrinin və nəqliyyat kommunikasiyalarının açılması məsələləri ilə məşğuldur. Bu İşçi Qrup Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiya ilə eyni zamanda ritmik çalışır. Bu günlərdə həmin qrupun növbəti təması gerçəkləşdi. Onlar üç liderin 9 noyabr 2020-ci il tarixli qərarı ilə yaradılan üçtərəfli işçi qruplardır. İşçi Qrup razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib. Ümid edirəm ki, ən yaxın vaxtda razılaşmalar formalaşdırılacaq”,- deyə Lavrov vurğulayıb.
Rusiya XİN başçısı iranlı həmkarı ilə Moskva, Bakı və Tehran arasında Rəşt-Astara dəmiryolunun bərpası ilə bağlı aparılan müzakirələrdən də danışıb:
“Sentyabrda bununla bağlı profil strukturların görüşü planlaşdırılır. Mənə elə gəlir ki, bu proses praktiki planda olduqca irəliləyib”.