Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Kalender Qəsrində görüşüb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Hulusi Akar həm də özünü elan etmiş Şimali Kipr Türk Respublikası xarici işlər naziri Tahsin Ərtoğruloğlu, Qazaxıstan müdafiə nazirinin müavini general-mayor Sultan Kəmaləddinov, Qırğızıstan müdafiə nazirinin müavini, briqada generalı Akılbek İbrayev və Özbəkistan müdafiə nazirinin müavini polkovnik Hamdan Karşıyev ilə də görüşüb.