Avqustun 30-da Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə Moskvada Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirilib.
Bu barədə Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yaydı.
Görüşdən əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Mhger Qirqoryan və Şahin Mustafayev ilə görüşüb.
Tərəflər təşkilati və prosedur məsələlərini müzakirə edib, komissiyaların birgə fəaliyyətinin tənzimlənməsi və gələcək işlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Üçüncü görüşün razılaşdırılmış müddət ərzində keçirilməsinə dair razılıq əldə olunub.