Ermənistan və Hindistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə hər iki dövlətin xarici işlər nazirləri bir-birinə təbrik məktubu göndəriblər.
“Diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə yaxşı dost və həmkarım, xarici işlər naziri Caişankara, Hindistan hökumətinə və xalqına ən səmimi təbriklərimi göndərirəm.
Biz möhkəm münasibətlərimizi və tarixi dostluğumuzu yüksək qiymətləndiririk və bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışırıq”, - ER XİN rəhbəri Ararat Mirzoyan yazıb.
Hindistanın XİN başçısı da öz növbəsində Ermənistan xalqını və hökumətini təbrik etdi.
“Qoy çoxillik dostluğumuz möhkəmlənsin”,-deyə o qeyd etdi.