RF XİN rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı jurnalistlərin Paşinyan, Əliyev və Şarl Mişel arasında Brüsseldə gözlənilən görüşlə bağlı sualını cavablandırıb.
“Rusiya Yerevan və Bakı ilə birlikdə üçtərəfli razılaşmaların bütün müddəalarının ən yüksək səviyyədə həyata keçirilməsinə diqqət yetirir”. O xatırladıb ki, avqustun 30-da Moskvada Rusiyanın məsləhət dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı görüş keçirilib.
Brüsseldə keçiriləcək görüşə gəlincə, erməni və azərbaycanlı tərəfdaşlardan sülh sazişinin mətnini hazırlamaq üçün Aİ-nin vasitəçiliyi ilə işçi qrupunun yaradılması planları barədə məlumat alınmayıb. Ümumiyyətlə, görürük ki, Aİ-nin Cənubi Qafqazdakı fəaliyyəti geosiyasi ambisiyalarla şərtlənir. Fikrimizcə, bunun Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına töhfə vermək real istəyi ilə heç bir əlaqəsi yoxdur. Mən deyərdim ki, bunlar avropalıların saxta təşəbbüsləridir, daha çox vasitəçilik uğurlarını qəsb etmək cəhdidir və mahiyyətcə heç bir dəyəri yoxdur.
Biz vasitəçi kimi işləyirik və bu iş müəyyən nəticələr verir və özünü vasitəçi kimi qələmə verənlərin vasitəçi olmadıqları halda, görünür, təklif edəcəkləri bir şey yoxdur, ancaq iştirakını göstərmək istəyirlər. Elə təəssürat yaranır ki, onlar diplomatik bacarıqlarını itirib”, - deyə Zaxarova qeyd edib.