Artsaxın Ombudsman Aparatı “2022-ci il avqust ayında Azərbaycan tərəfindən Artsax xalqının hüquqlarının pozulmasına dair” üçdilli (erməni, rus, ingilis) fövqəladə hesabat dərc edib və hesabatı ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, insan hüquqları müdafiəsi üzrə əsas mandata malik strukturlara və beynəlxalq insan haqları təşkilatlara göndərib.
Hesabatın birinci bölməsində üçtərəfli bəyanatın qəbul edilməsindən sonra Azərbaycanın Artsax xalqına qarşı sistemli və davamlı cinayətləri ilə bağlı faktlar təqdim edilib.
İkinci bölmədə Artsax Respublikasını Ermənistan Respublikası ilə birləşdirən (Laçın) dəhlizinin həyati əhəmiyyətinə və onun hüquqi rejiminin dəyişdirilməsinin yolverilməzliyinə, habelə dəhlizdən keçən marşrutun üçtərəfli bəyanatında müəyyən edilmiş müddətdən əvvəl dəyişdirilməsi ilə bağlı Azərbaycanın qeyri-qanuni tələbinə toxunulub.
Üçüncü bölmə dinc yaşayış məntəqələrinin - Berdzor, Ağavno və Nerkin Sus icmalarının güc tətbiq etmək təhlükəsi altında əhalinin boşaldılmasından və bunun nəticəsində fundamental insan hüquqlarının kobud şəkildə pozulmasını təqdim edilib.
Dördüncü bölmədə avqust eskalasiyası ilə paralel olaraq Azərbaycanın dövlət rəsmiləri, ictimai xadimləri tərəfindən nifrət nitqinin kəskin artması və ermənilərə qarşı nifrətin digər təzahürləri ilə bağlı sübutlar təqdim olunub.
Hesabatın beşinci bölməsində atəşkəs rejiminin pozulmasına lazımi şəkildə qarşı çıxmaq və tam sülhü təmin etmək üçün effektiv mexanizmləri təmin edəcək Rusiya sülhməramlı missiyasının mandatının dəqiqləşdirilməsi zərurətindən bəhs edilib.