ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərlə müsahibəsində Ermənistan-Azərbaycan münasibətləri, eləcə də Ermənistan və Azərbaycan liderləri arasında bu gün Brüsseldə keçirilməsi planlaşdırılan danışıqlaraa toxunub.
O bir daha təsdiqlədi ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir.
Vaşinqton Ermənistan və Azərbaycanı diplomatik fəaliyyəti aktivləşdirməyə və hərtərəfli sülh sazişə nail olmağa çağırır.