Avropa Şurasının sədri Şarl Mişerl “Twitter” mikrobloqunda bildirdi ki, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ilə telefon danışıqları keçirib.
“Sabah Brüsseldə dördüncü görüş ərəfəsində prezident Əliyev və baş nazir Paşinyanla hazırlıq telefon danışıqları olub”,- deyə Mişel yazdı.
Xatırladaq ki, avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin üçtərəfli görüşü nəzərdə tutulub.