Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukrayna ətrafında baş verən hadisələrdən narahatlığını bildirib. Onun sözlərinə görə, hərbi əməliyyatlar zonasında vəziyyət pisdir, Ukraynanın yeni köməyə ehtiyacı var.
"Avropa İttifaqı ölkələri Kiyevə silah tədarükünün genişləndirilməsi məsələsini müzakirə edəcək, İttifaq ölkələrinin ehtiyatları tükəndiyi üçün hərbi alış imkanlarına da baxılacaq", - deyə Borel əlavə edib.