Ermənistan Azərbaycan hökumətinin Şuşiyə səfər etmə dəvətini rədd edən Fransa və ABŞ səfirlərinin mövqeyini yüksək qiymətləndirir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan “Armenpress”in sualına cavab olaraq bildirib.
“Biz Dağlıq Qarabağa birtərəfli səfərlərin yolverilməzliyi ilə bağlı mövqeyimizi bir daha təsdiq edirik. Biz əminik ki, Dağlıq Qarabağ əhalisi beynəlxalq əməkdaşlıq və dəstək proqramlarına cəlb edilməlidir.
Eyni zamanda, biz münaqişəni dərindən dərk edərək belə birtərəfli aksiyada iştirakdan imtina edən ölkələrin mövqeyini yüksək qiymətləndiririk”,-deyə Vahan Hunanyan qeyd etdi.
Xatırladaq ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev avqustun 27-də Azərbaycanda akkreditə olunmuş çoxsaylı diplomatların, beynəlxalq təşkilatların əməkdaşlarının Azərbaycan hökuməti rərəfindən Şuşi şəhərinə təşkil edilmiş səfəri zamanı deyib ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri Şuşiyə təşkil edilən səfərdə iştirak etmir.
“Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər,” Hacıyev qeyd edib.