ABŞ hakimiyyəti radiasiya riskini minimuma endirmək üçün Zaporojya AES-ni müvəqqəti dayandırmağa çağırır. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirdi.
“Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertlərinin AES-ə təhlükəsiz və maneəsiz çıxışını təmin etməlidir. Biz həmçinin hesab edirik ki, Rusiya stansiyanın ətrafında hərbisizləşdirilmiş zonanın yaradılmasına razılıq verməlidir”,- deyə Kirbi qeyd etdi.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, Moskva da missiyanı dəstəkləyir, lakin demilitarizasiya zonasının yaradılmasından söhbət yoxdur.