Artsax Respublikasının Prezidenti Arayik Harutyunyanın rəhbərliyi ilə avqustun 29-da Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib. Bu barədə Artsax Respublikasının Prezidentinin Aparatının Baş İnformasiya İdarəsindən bildirilib.
Gündəlikdə Artsax Respublikası ilə Ermənistan Respublikasını birləşdirən yeni martşrutun istismarına dair məsələlər idi.
Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan, daxili işlər naziri Karen Sargsyan və ərazi idarəetmə və infrastruktur naziri Hayk Xanumyan məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, Ermənistan Respublikasının, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının lidelərinin imzaladığı 9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndinə uyğun olaraq, yeni marşrut dəhliz məntiqini saxlayacaq. Marşrutu Goris-Stepanakert magistral yoluna müvvəqəti birləşdirən təxminən 4.7km-lik yolun asfaltlanması işləri başa çatıb.
İclas iştirakçıları öz çıxışlarında yeni yol və şəhərsalma normalarının təhlükəsizlik məsələləri ilə bağlı zəruri təminatların təmin edilməsinin vacibliyini, müvafiq dövlət strukturlarının və Artsaxdakı Rusiya sülhməramlı missiyasının koordinasiyalı işinin vacibliyini vurğulayıblar.
Maraqlı müzakirələr nəticəsində Təhlükəsizlik Şurası avqustun 30-da saat 20:00-dan etibarən Ermənistan Respublikası ilə Şuşi rayonunun Berdadzor ərazisindən yeni marşrut üzrə rabitənin həyata keçirilməsi barədə qərar qəbul edib.