Rusiya və Ermənistan arasında dostluq haqqında müqavilənin imzalanmasının 25 illiyi münasibətilə bu gün Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olacaq. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O əlavə edib ki, tərəflər birlikdə bu sənədin ikitərəfli münasibətlər üçün əhəmiyyətini vurğulayır və bu, cari məsələlərin də müzakirəsi üçün yaxşı fürsət olacaq.