ER Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Həmsöhbətlər Ermənistan və Rusiya arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin 25 illiyi münasibətilə bir-birlərini təbrik ediblər.
Tərəflər Ermənistan və Rusiya arasında qarşılıqlı faydalı münasibətlərin bundan sonra da müxtəlif sahələrdə səmərəli şəkildə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə inandıqlarını bildiriblər.
Nikol Paşinyan və Vladimir Putin Ermənistan-Rusiya gündəmində olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də toxunulub.
Xüsusilə, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr tarixli üçtərəfli razılaşmaların ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.