Azərbaycanın sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
İttihamda göstərilib ki, Səlim Müslümov Əmək və Əhalinin Müdafiəsi Nazirliyində işləyən müddətdə rəsmi sənədlərə yalan məlumatlar daxil edərək dövlətin qanunla qorunan mənafelərinə xələl gətirib.
Səlim Müslümov bu kimi vasitələrlə rüşvət yolu ilə 13 milyon manat dövlət vəsaitini ələ keçirib.
Bütün bu əməllərə görə Səlim Müslümova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham olunub.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Növbəti proses sentyabrın 5-ə təyin olunub.