Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkənin müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 30-da Türkiyə Respublikasına işgüzar səfər edəcək. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsi iki xalq arasındakı qardaşlığı möhkəmləndirir.