ABŞ Təxsisatlar Komitəsi Dövlət Departamentinin 2023-cü il büdcəsi ilə bağlı hesabatını təqdim edib.
Hesabata əsasən, Ermənistana yardım iqtisadi inkişafa, özəl sektorun məhsuldarlığına, enerji müstəqilliyinə, demokratiyaya və qanunun aliliyinə yönələcək.
“Komitənin tövsiyəsinə Qarabağda minatəmizləmə fəaliyyətləri üçün ən azı 2 milyon dollar daxildir... Komitə Qarabağdakı münaqişənin humanitar təsiri, sağlamlıq və digər insan ehtiyacları, mənzil, ərzaq təhlükəsizliyi, su və kanalizasiya sahələrində yaranan problemlərdən narahatdır” – məlumatda deyilir.