Litva Polşadan 37 ədəd PUA alaraq Ukrayna ordusuna hədiyyə etməyi planlaşdırır.
Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas öz “Twitter” mikrobolqunda məlumat verib.
Nazirin sözlərinə görə, əhali artıq bu məqsədlə 1 milyon avro toplayıb. Bu vəsaitlə Polşadan alınacaq PUA-lar Ukraynaya yola salınacaq.