Türkiyənin “Baykar” şirkəti özünün “Bayraktar” hərbi pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükünü mümkün hesab etmir.
Bunu "Baykar"ın baş direktoru Haluk Bayraktar BBC-nin Rus xidmətində dərc olunan müsahibəsində bildirib.
Bayraktar qeyd edib ki, onun şirkəti tamamilə Ukraynanın tərəfindədir və təklif olunan məbləğdən asılı olmayaraq heç nə Ukrayna ilə əməkdaşlığa kölgə salmayacaq.