Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində Rusiya Federasiyasının Baş naziri Mixayil Mişustin ilə görüşüb. Tərəfləe Ermənistan-Rusiya münasibətlərinin gündəmdəki məsələlərini müzakirə etdilər.
Tərəflər qeyd ediblər ki, bu ilin birinci yarısında ER ilə Rusiya arasında ticarət dövriyyəsi 42 faiz artıb.
Nikol Paşinyan qeyd etdi ki, bütün çətinliklərə baxmayaraq, Ermənistan və Rusiya birlikdə iqtisadiyyatımıza və əməkdaşlığımıza problemlər yaradan vəziyyətlərin öhdəsindən gələcəyik.k.
“Mən çox şadam ki, bu gün bizim ikitərəfli münasibətlərimizin geniş gündəliyini müzakirə etmək imkanımız var. Avrasiya İqtisadi İttifaqına gəlincə, biz kiçik qrupda hər şeyi ətraflı müzakirə etdik və hesab edirəm ki, konstruktiv həllər əldə etdik”,- deyə Paşinyan qeyd etdi.