2020-2022-ci ilin yanvar-iyun aylarında ER bankları vasitəsilə fiziki şəxslərin adına xaricdən alınan köçürmələr ilə ER-dan fiziki şəxslərin xaricə etdiyi köçürmələr arasında fərq aşağıdakı kimidir:
2020-ci il +192 milyon dollar.
2021-ci il +383 milyon dollar.
2022-ci il +979 milyon dollar.
Bu barədə Parlamentin maliyyə krediti və büdcə məsələləri daimi komissiyasının sədri Gevorg Papoyan “Facebook” səhifəsində yazıb.
“Beləliklə, bu ilin birinci yarısında təkcə bu yolla ölkəyə 2020-ci ilə nisbətən 5 dəfə, 2021-ci ilə nisbətən isə 2,6 dəfə çox pul daxil olub.
Bundan başqa, yuxarıda qeyd olunanlar bir tərəfdən dramın devalvasiyasına səbəb olsa da, digər tərəfdən kapitalın ölkədən çıxarılması ilə bağlı deyilənlərin əsassız olduğunu sübut etməklə yanaşı, əksinə, ciddi axının olduğunu sübut edir, ölkəyə ciddi kapital axını var”, - deyə o yazıb.