Ermənistan Baş naziri Nikol Paşinyan Qırğızıstanın Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş iclasında iştirak edib.
Nikol Paşinyanq eyd etdi ki, qlobal iqtisadi transformasiyalara və maliyyə sistemlərində əhəmiyyətli sarsıntılara baxmayaraq, Avrasiya inteqrasiyasının üstünlükləri sayəsində ticarət-iqtisadi münasibətlərdə müəyyən müsbət tendensiya müşahidə olunur.
“Bu kontekstdə qeyd etmək lazımdır ki, 2022-ci ilin birinci yarısında Ermənistan iqtisadiyyatı Avrasiya İqtisadi Birliyinin ölkələri ilə qarşılıqlı ticarətin həcmində əhəmiyyətli artımı təmin edib. Həmin dövrdə Aİİ ölkələri ilə qarşılıqlı ticarət 2021-ci ilin eyni dövrü ilə müqayisədə 52,5 faiz artaraq 1,7 milyard ABŞ dollara çatıb. Ermənistanın Aİİ ölkələri ilə ixracı 48,9 faiz, idxalı isə 54,2 faiz artıb.
Qeyd etməliyəm ki, qarşılıqlı ticarətdə ixracın artım tempi daha yüksəkdir. Ermənistan Respublikası İttifaq çərçivəsində ümumi qaz bazarının formalaşmasına böyük əhəmiyyət verir və həll olunmamış məsələlər üzrə konsensusa nail olmaq üçün konstruktiv dialoqa hazırdır”,- Paşinyan vurğuladı.