İran ABŞ hökumətindən nüvə müzakirələrində qalan məsələlərə dair cavabı alıb.
Bu barədə İranın Xarici İşlər Nazirliyini sözçüsü Nasir Kənani deyib.
N.Kənani bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına dair danışıqlarda qalan məsələlərin həlli üçün İranın şərhlərinə ABŞ hökumətinin cavabı avropalı koordinator vasitəsilə alınıb.
O qeyd edib ki, ABŞ tərəfinin cavabının təfərrüatlı nəzərdən keçirilməsinə başlanılıb. "İran, araşdırmaları tamamladıqdan sonra koordinatora bununla bağlı öz cavabını verəcək."