Rusiya Müdafiə Nazirliyi bildirdi ki, Rusiya müdafiə naziri Sergey Şoyqu və Fransa müdafiə nazir Sebastyan Lekornyu arasında telefon danışığı olub.
Tərəflər Zaporojiy Atom Elektrik Stansiyası (AES) ətrafında vəziyyəti müzakirə edib.
“Şoyqu fransalı həmkarına Zaporojiy AES kontekstində Ukraynanın hərəkətlərini dəyərləndirib, MAQATE əməkdaşlarının stansiyaya səfərinin vacibliyini qeyd edib” – məlumatda qeyd olunub.