Avqustun 24-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Fransa xarici işlər naziri Katerin Kolonna arasında telefon danışığı olub.
Telefon söhbəti zamanı nazirlər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.
Nazir Mirzoyan həmkarına Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və regional sülhün bərqərar olunması ilə bağlı yanaşmalarını təqdim edib.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli kontekstində ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın rolunu vurğulayıblar.
44 günlük müharibənin yaratdığı humanitar problemlərin həllinə toxunan Mirzoyan Azərbaycanda qanunsuz saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin öz vətənlərinə qaytarılmasının, məcburi itkin düşmüş şəxslərin taleyinin üzə çıxarılmasının vacibliyini vurğulayıb.