Azərbaycanın baş naziri Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana işğüzar səfərə gedib.
Azərbaycanın baş nazirini İssık-Kul Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev qarşılayıb.
Azərbaycanın baş naziri səfər çərçivəsində bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.