Azərbaycanın prezidenti İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə prezident Volodimir Zelenskiyə təbrik məktubu göndərib.
Əliyev məktubda bu ilin yanvarında Ukraynaya səfərini iki ölkə arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli hesab etdiyini bildirib.
“Azərbaycan Beynəlxalq hüququn norma və prinsiplərini, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini rəhbər tutaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik”, - Əliyev vurğulayıb.