Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qeyd etdi ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri dörd müzakirə aparıblar.
“Söhbət münasibətlərin mərhələli tənzimlənməsindən gedir. Bu istiqamətdə addımlar davam edir. Ermənistanla hava əlaqəsinin bərpası məsələsi nəzərdən keçirilir, ticarət sektorunda müəyyən səylər göstərilib”,- Çavuşoğlu qeyd etdi.