İlin əvvəli ilə müqayisədə Ermənistanın dövlət borcu 363 milyard dram (təxminən 900 milyon dollar) və ya 8,2% azalıb. Bu barədə ER Parlamentnin maliyyə krediti və büdcə məsələləri daimi komissiyasının sədri Gevorq Papoyan Facebook səhifəsində yazıb.
“Hökumətin borcu 366 milyard dram və ya -8,7% azalıb. Hökumətin xarici borcu 585 milyard dram və ya -19,7% azalıb. Hökumətin daxili borcu 219 milyard dram və ya 17,7% artıb. Borc üzrə orta faiz dərəcəsi 1% artaraq 5,68%-ə çatıb. Bizim borcumuzun 25,4%-i daxili borc, 74,6%-i xarici borcdur”, - deyə o yazıb.