Rusiyanın Xİ naziri Sergey Lavrov yaxın vaxtlarda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşəcək.
Bu barədə Lavrov suriyalı həmkarı Valid Muallemlə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
O xatırladıb ki, iyulun 19-da Tehranda keçirilən sammitdə üç prezidentin birgə bəyanatı qəbul edildi və qeyd etdi ki, razılaşmalarının tam şəkildə həyata keçirilməsi üçün zəruri olan əməli addımlara diqqət yetirirlər.
“Eyni mövzu mənim İranın XİN rəhbəri ilə yaxın gələcəkdə gözlənilən növbəti görüşümdə də əsas mövzulardan biri olacaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.