Avqustun 22-də ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini qəbul edib. Görüşdə səfirliyin müdafiə məsələləri üzrə attaşesi, polkovnik İqor Şçerbakov da iştirak edib.
Sergey Kopirkin Edvard Asryanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona məsuliyyətli missiyasında uğurlar arzulayıb.
Görüşdə hərbi əməkdaşlıq, eləcə də regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub.