Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrandakı səfiri Seyf Məhəmməd əl-Zaabi yaxın günlərdə Tehrandakı vəzifəsini bərpa edəcək.
Bu barədə “Reuters” BƏƏ Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
BƏƏ səfirinin İrana qayıtması Əbu-Dabinin diplomatik nümayəndəlik səviyyəsini səfir səviyyəsinə yüksəltmək barədə əvvəlki qərarı çərçivəsində baş tutub.
Ölkənin İrandakı səfiri 2016-cı ilin yanvarında geri çağırılıb.
BƏƏ hakimiyyəti İranın nüvə proqramına qarşı çıxıb və ABŞ-ın Tehrana qarşı məhdudiyyətlərini dəstəkləyib.