Avqustun 22-də Tehranda Rusiya, İran və Azərbaycan arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb.
Məlumata görə, Anlaşma Memorandumu Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş zamanı imzalanıb.
Sənəd xarici iqtisadi fəaliyyət iştirakçıları üçün gömrük prosedurlarının asanlaşdırılmasına və sürətləndirilməsinə töhfə verməlidir.