Bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar gözlənilir.
Bu barədə RİA Novosti diplomatik mənbəyə istinadən yazıb.
"Bəli, bu həftə belə danışıqlar gözlənilir. Prezident Putin daha əvvəl müzakirə olunacaq mövzuları açıqlayıb - Zaporijye AES-də vəziyyət və ümumilikdə Ukrayna böhranının nizamlanması müzakirə olunacaq”, - deyə mənbə bildirib.