Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında əlaqələr 30 illik əməkdaşlıq ərzində müxtəlif mərhələlərdən keçib. Bu gün Ermənistan və Aİ arasında əməkdaşlığın çox geniş miqyası var, 2017-ci ildə imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Sazişi vasitəsilə tərəflər bütün sahələrdə əməkdaşlıq etmək imkanı əldə ediblər.
Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir xanım Andrea Viktorin “Armenpress”ə müsahibəsində bildirib.
Səfir Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd etdi ki, Avropa İttifaqı tərəflərin barışmasında və problemin davamlı həllində maraqlıdır.
“Baş verən hər hadisə ilə bağlı dərin təəssüf hissi keçiririk. Avropa Birliyi cari və gələcək sülh müqaviləsi danışıqlarını və sərhəd məsələləri, regionda kommunikasiya əlaqələrinin açılması üzrə barışıq səylərini dəstəkləyir.
Müharibədən əvvəl də, müharibə zamanı da Avropa Birliyinin mövqeyi aydn idi - biz ATƏT-in Minsk qrupunun himayəsi altında prosesin təşviqini tam dəstəkləyirik. Prosesə doğrudan da ATƏT-in Minsk qrupunun həmsədrləri rəhbərlik edirdi”,- səfir qeyd etdi.