Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətindən bildirilib ki, telefon danışığı zamanı Zaporojye AES-dəki son vəziyyət dəyərləndirmək üçün əraziyə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlərinin buraxılması məsələsini müzakirə ediblər.
Putin Makronu Ukrayna taxılının daşınması ilə bağlı İstanbulda əldə olunmuş razılaşmanın icrası barədə məlumatlandırıb.
“Vladimir Putini bildirdi ki, Rusiyanın ixracı üçün hələ də maneələr var və bu da qlobal ərzaq təhlükəsizliyi problemlərinin həllinə kömək etmir”, - deyə Kremlin mətbuat xidməti bildirib.
Rusiya və Fransa prezidentləri qaldırılan və digər məsələlər üzrə təmasları davam etdirmək barədə razılığa gəliblər.