Özünü müstəqil elan etmiş Şimali Kipr türk dövlətinin rəhbəri Ersin Tatar Azərbaycana səfər edə bilər. Bu barədə Tatar Türkiyənin “Ulusal” kanalına müsahibəsində deyib.
O, həmçinin Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyədə keçirdiyi görüşdən də danışaraq müzakirələrin səmimi keçdiyini söyləyib.