Avqustun 18-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalında olub.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi tibb heyətinin işini izləyib, hospitalda olan hərbi qulluqçulara baş çəkib, onların sağlamlıq vəziyyəti və müalicə kursu ilə maraqlanıb.
General-mayor Edvard Asryan müvafiq tapşırıqlar verib.