Ermənistan-Gürcüstan sərhədindəki “Dostluq” körpüsünün rəsmi açılışında Ermənistanın baş naziri Nikol Paşinan Ermənistan-Gürcüstan əlaqələrindən və ticarət dövriyyəsinin artımından danışıb.
Hazırkı mürəkkəb çağırışlar şəraitində Ermənistan-Gürcüstan ticarət-iqtisadi əlaqələrində nəzərəçarpacaq artım qeydə alınıb.
“Bu gün keçən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəmizdə 97 faiz artım olduğunu qeyd etmək məni xoş təəccübləndirdi”, - deyə Nikol Paşinyan bildirib.
O, Ermənistan-Gürcüstan ticarət-iqtisadi əlaqələrinin ən böyük potensiala malik olduğunu vurğulayıb.
“İkitərəfli əməkdaşlığımızın nəqliyyat sektorunun prioriteti və bir sıra beynəlxalq nəqliyyat strukturlarında əməkdaşlıq bizə təkcə Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat dəhlizləri üçün deyil, həm də nəqliyyat sektorunda əlaqəni təmin edən digər təşəbbüslər üçün real addımlar atmağa imkan verir”, - deyə o bildirib.
Ermənistan-Gürcüstan sərhədində Sadaxlo-Baqrataşen keçid məntəqəsinin tikintisinə 2021-ci ilin mayında başlanılıb. İkihissəli yeni körpü beynəlxalq standartlara cavab verir, ötürmə qabiliyyəti 3-4 dəfə çox olacaq. Avqustun əvvəlində sınaq istismarına verilib. Rəsmi açılış mərasimində Ermənistan və Gürcüstanın baş nazirləri çıxış ediblər.