Azərbaycanda son sutkada koronavirus infeksiyasına 499 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, son sutkada COVID-19-dan ölən yoxdur.
Ölkədə bu günədək ümumilikdə 807 516 nəfər koronavirusa yoluxub. Onlardan 794 225 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 507 nəfərdir.
Son gün ərzində 3 438, hazırkı dövrədək isə 7 113 616 test aparılıb.