Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutu Azərbaycan üçün ən yüksək xəbərdarlıq olan “Soyqırım Qırmızısı” elan edib. Bəyanatda qeyd olunub ki, Artsaxda və onun hüdudlarından kənarda erməni xalqına və mədəni irsinə qarşı davam edən nifrət nitqini, təhdidləri və vəhşilikləri pisləyirlər.
“Son günlərdə Azərbaycan sosial şəbəkələrində paylaşılan videoda görünür ki, Azərbaycan əsgəri erməni qəbiristanlığından qazılmış erməni zəngi hərbi yük maşınının arxasına bağlayır, əsgər yoldaşları isə sevinirlər”,- deyə qeyd olunub.
Bu yeni vandalizmin nəticəsi olaraq, Lemkin Soyqırımının Qarşısının Alınması İnstitutu bir daha Azərbaycan üçün qırmızı bayraq siqnalı verərək, həm Artsaxda, həm də Ermənistanda erməniləri təhdid edən soyqırım barədə xəbərdarlığı edir.
Azərbaycan tərəfindən atəşkəsin pozulmasını nəzərə alaraq, indi soyqırımı təhlükəsi xüsusilə yüksəkdir.
Beynəlxalq ictimaiyyət, xüsusilə NATO və ona üzv dövlətlər Azərbaycanın soyqırım ruhlu bəyanatlarına, soyqırım daxili ideoloji mədəniyyətinə və soyqırım hərəkətlərinə məhəl qoymamaqda davam edir. Bütün bunlar Türkiyə tərəfindən dəstəklənir
Biz bütün beynəlxalq və dövlət qurumlarını Türkiyə və Azərbaycanı soyqırım ideologiyası və praktikasına görə nəzarət etməyə, erməni xalqına qarşı soyqırım təhdidlərinə son qoyması üçün Türkiyə və Azərbaycana təzyiq göstərməyə, Ermənistan, Artsax və diaspor icmalarında ermənilərin və erməni kimliyinin təhlükəsizliyini gücləndirməyə çağırırıq”,- bəyanatda qeyd olunub.