İsrail və Türkiyə elan ediblər ki, dövlətlər arasında diplomatik münasibətlər bərpa olunur.
“Türkiyə ilə münasibətlərin bərpası regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə olmaqla yanaşı, İsrail vətəndaşlarının xeyrinə mühüm iqtisadi addımdır”, - deyə İsrail Dövlətinin Baş naziri Yair Lapid bildirdi.
Avqustun 16-da İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Alon Uşpiz ilə Türkiyə xarici işlər nazirinin müavini Sadat Önel arasında söhbət olub və bu söhbət zamanı diplomatik münasibətlərin bərpasının detalları razılaşdırılıb.
Türkiyə ilə danışıqlarda da iştirak edən İsrail prezidenti İsaaq Herzoq dövlətlər arasında diplomatik münasibətlərin tam bərpası qərarını alqışlayıb.