Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana səfər edəcək. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, eləcə də strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
İki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.